Bank kartlarının ödəmə sistemləri həyata keçirilən ödənişlərin müdafiəsini təmin edir. “Visa” kartları üzrə ödənişlərin təhlükəsizliyi “Verified by Visa”, “MasterCard” sahiblərinin ödənişlərinin təhlükəsizliyi isə “MasterCard Secure Code” servisi vasitəsilə həyata keçirilir. Bununla yanaşı, EPUL mümkün ola biləcək istənilən dələduzluq halının qarşısını almaq, mövcud təhlükəsizlik tədbirlərinə əlavə olaraq, ödənişlərin işlənməsində “3D-Secure” texnologiyasından istifadə edir. Belə ki, internet üzərindən bank kartı vasitəsilə hər hansı ödəniş həyata keçirdikdə sistem Sizdən xüsusi birdəfəlik şifrə tələb edəcək. Bu parol SMS-məlumatlandırma şəklində Sizin qeyd etdiyiniz telefon nömrəsinə göndəriləcək. Şəxsiyyətinizi bu qayda ilə təsdiq etdikdən sonra isə tranzaksiya adi rejimdə tamamlanacaq. Birdəfəlik şifrələrlə “3D-Secure” texnologiyasından istifadə, yalnız bir dəfə soruşulan (qeydiyyat zamanı) daimi şifrədən daha təhlükəsizdir. Belə ki, daimi şifrənin dələduzlar tərəfindən ələ keçirilməsi ehtimalı daha yüksəkdir, birdəfəlik şifrə isə məhz əməliyyata cəhd edən zaman, Sizin mobil nömrənizə SMS şəklində göndərilir.